6585d7663af29202312233726
Bir ay əvvəl itkin düşən reperin meyiti tapıldı

Bir ay əvvəl itkin düşən 28 yaşlı oğlanın meyiti tapılıb.

 

Panarama.az bildirir ki, bu barədə “Qafqazinfo”ya onun yaxınları məlumat verib.

 

İtkin İbrahim Nəzərlinin cansız bədəni Suraxı rayonu, Qum adası ərazisində dənizdə aşkar edilib.

Gəncin ölüm səbəbi ekspertizadan sonra bilinəcək. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

 

Qeyd edək ki, İ.Nəzərli noyabr ayının 9-u, 15:00 radələrində Qaradağ rayonu Sahil qəsəbəsindən çıxıb və bir daha geri qayıtmayıb.

 

Mərhum gənc reper olub.

22.12.2023 22:36
2015

(MGID): :
OXŞAR XƏBƏRLƏR