66acdc23e9874202408241619
“Bir çaynik çayı 32 manata verirlər. Belə olmaz!” - Deputatdan ETİRAZ

Yay mövsümü başlar-başlamaz məzuniyyətlər də başlayıb. İstirahət etmək üçün hər kəs planını qurur və gedəcəyi yerləri müəyyənləşdirir. 

Lakin istirahətə yollanan bir çox vətəndaş qiymətlərdən şikayət edir. Əsasən da regionlara üz tutanlar burada ictimai iaşə obyektlərinin əksəriyyətinin fantastik qiymətlərə xidmət təklif etməsindən gileylənir. 

Məsələ ilə bağlı Yenisabah.az-a danışan Milli Məclisin deputatı Vahid Əhmədov bildirib ki, tez-tez özü də ictimai iaşə obyektlərində süni qiymət artımı ilə qarşılaşır: “Bu məsələ ilə əlaqəli mətbuatda, sosial şəbəkələrdə kifayət qədər müzakirələr gedir. Lakin buna baxmayaraq, problem davam etməkdədir. Mən özüm də müəyyən yerlərdə oluram və görürəm ki, qiymət siyasətində çox ciddi problemlər var. 

Yay mövsümünün başlamasından istifadə edən ticarət şəbəkəsində olan insanlar süni qiymət artımına üstünlük verirlər. Bu barədə paylaşımlara da tez-tez rast gəlmək olur, bir çaynik çayı 32 manata verən yerlər var. Belə olmaz!  

Turizm obyektlərində Turizm Agentliyi tərəfindən müəyyən tədbirlər həyata keçirilməlidir. Tez-tez bu obyektlərdə monitorinqlər keçirmək lazımdır. İqtisadiyyat Nazirliyinin Antiinhisar Xidməti var, onlar da bu məsələ ilə bağlı müəyyən tədbirlər görə bilərlər”. 

Deputat qeyd edib ki, əlaqədar dövlət qurumları mütləq süni qiymət artımı ilə mübarizə aparmalı, bunun qarşısını almaq üçün müəyyəm addımlar atılmaldır: “Biz bir nüçə ay əvvəl Rəqabət Məcəlləsini də qəbul etmişik, artıq qüvvəyə minib. Süni qiymət artımının qarşısı mütləq alınmalıdır, ciddi monitorinqlər keçirilməlidir. 

Hər hansı sahə ilə əlaqədar dövri mətbuatda, sosial şəbəkələrdə insanlar davamlı olaraq çağırış edirlərsə, deməli, bu sahədə problem var. Bunun üstünə getmək, monitorinqlər aparıb problemin qarşısını almaq lazımdır. Amma çox təəsssüflər olsun ki, son vaxtlar qiymət artımı dayanmadan davam edir. Mən özüm də demək olar ki, hər sahədə bununla qarşılaşıram. Marketlərdə, “Mall”larda və s obyektlərdə qiymət artımı var. 

Problemin aradan qaldırılmasının yegənə yolu monitorinqlər aparıb süni qiymət artımının qarşısının alınmasıdır.

Dövlət başçısı cənab İlham Əliyev də həmişə süni qiymət artımı ilə əlaqədar mövqeyini bildirib. O, hər zaman qeyd edib tapşırıq verib ki, süni qiymət artımı olmamalıdır. Hökumət orqanları da bu sahədə işləməli, bunun qarşısını almalıdırlar”.

02.08.2024 17:15
335

(MGID): :
OXŞAR XƏBƏRLƏR