(MGID): :
6824cb142f22d202505255548
"Bir həftədir ermənilər mənə zəng edir" - İlkin Dövlətov

"Son günlərdə - 1 həftədir şəxsi nömrəmə zənglər gəlir. Mənim nömrəmi götürüb Ermənistan saytlarında yayıblar".

Panarama.az xəbər verir ki, bu sözləri Ölkə.Az-a açıqlamasında müğənni, "Avroviziya"da Azərbaycanı ötən il təmsil edən İlkin Dövlətov deyib. 

"Kim edib, niyə edib bilmirəm. Erməni vətəndaşları mənə zəng edib danışmağa başlayırlar. Özüm danışmıram, menecerim onlarla ingilis dilində danışır.  

Məqsədləri nədir bilmirəm. Almaniya nömrələrindən zəng gəlir. Əsasən gənclərdir. Əvvəlcə danışırlar, sonra da lazımsız söhbətlər edirlər. Bizə də maraqlıdır ki, bunlar nəyə görə zəng edirlər. Özlərinə məxsus lazımsız fikirlər səsləndirirlər, gic-gic danışırlar. Bu misalı ona görə çəkdim ki, Asəfin səsinə lağ edənlər belə adamlardır. 

Bu misalı ona görə çəkirəm ki, Asəfin ("Avroviziya2025" dəki təmsilçilərimizdən Asəf Mişiyev-red.) səsinə lağ edən insanlar konkret olaraq bizi sevməyən insanlardır", - deyə o əlavə edib.

14.05.2025 20:55
298

(MGID): :
OXŞAR XƏBƏRLƏR