64df3f483701b202308235208
Birinci siniflərə şagird qəbulu davam edir...
2023-2024-cü tədris ili üzrə ümumi təhsil müəssələrinin birinci sinifə şagird qəbulu davam edir. Qəbul prosesi www.məktəbəqəbul.edi.az elektron portalı vasitəsilə aparılır.


Panarama.az xəbər verir ki,   Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin facebook səhifəsində verilən məlumata görə bu günədək birinci sinifə qəbulla bağlı ümumilikdə 128 339 nəfər sorğu yerləşdirib. Onlardan 68 113 nəfəri oğlan, 60 226-sı isə qızdır.


115 840 nəfər Azərbaycan bölməsi,11 514 nəfər rus bölməsi, 985 nəfər isə tədris digər dillərdə aparılan bölmələr üzrə yerləşdirilib.


Qeyd edək ki, birinci sinifə  qəbulla bağlı elektron qeydiyyat prosesi sentyabrın 14-də başa çatacaq.

18.08.2023 13:43
207

(MGID): :
OXŞAR XƏBƏRLƏR