Biz bunları niyə edirik ???
Biz adamları eşitməmək üçün musiqiyə qulaq asırıq .
Biz metroda insanlarla baxışlarımız toqquşmamaq üçün yerə baxırıq.
Biz susuruq çünki deyiləsi sözümüz, ya da dinləyici yoxdur.
Biz mübahisələrdən qaça bilmək üçün zənglərə cavab vermirik.
Biz sevirik,itiririk,tapırıq və ağlayırıq .
Biz ürək parçalarını yapışdırırıq və yenidən parçalayırıq.
Biz bizə əl tutmalarını istəyirik,lakin heç kimə əl uzatmırıq .
Biz ağrını hiss etmədən şüşə üzərində gəzirik.
Biz işıq axtarırırq amma divarla üzləşirik.
Biz qanadlanıb uçmağı arzulayırıq.Amma yalnız yuxularda və təyyarələrdə uçuruq.
Biz pulu və azadlığı sevirik.
Biz böyüməyi lakin böyüdükdə uşaqlığı geri qaytarmağı arzulayırıq.
Biz vaxtı tələsdiririk ,sonra isə var gücümüzlə onu durdurmağa çalışırıq.
Biz çox vaxt susuruq və çox sözü deyə bilmədiyimiz üçün peşman oluruq.
Biz başqasının eşitmək istədiyi yalanları deyirik.
Biz içimizin görünməsindən qorxduğumuz üçün gözlərinə baxmırıq .
Biz görmədiklərimizə inanır,gördüklərimizi unuduruq.
Biz bunları niyə edirik ?