64ea117306445202308235131
"Bizi beynimizə yeridilən fikirlər dəyişir"

"Uşaqlıqda gördüyüm dünya ilə indiki çox fərqlidir. O zamanlar ağaclar çox uca və əzəmətli görünürdülər. Gecələr yarpaqların xışıltısına qulaq asardım. Nənəmdən ağaclar nə deyir soruşardım. Səhər quşların səsinə oyanardım. Sanki mənim üçün nəğmə deyirdi quşlar. Təbiətin səsini eşidirdim, dünya çox gözəl və böyük görünürdü".

Panarama.az xəbər verir ki, bu sözləri müğənni Nura Suri sosial şəbəkədə yazıb. O, insanları tanımağa başlayandan özünün də dəyişdiyini bildirib:

"İnsanları eşidib tanımağa başlayandan sonra dünya da dəyişdi, mən də. Biz bu dünyaya gələndə saf oluruq axı... Bizi insanlar dəyişir. Onların bizə olan münasibəti, beynimizə yeridilən fikirlər".

26.08.2023 18:49
160

(MGID): :
OXŞAR XƏBƏRLƏR