65af340b2b408202401243539
“Bizi ölüm belə ayırmadı” - Dilarədən duyğulu açıqlama

“Söhbət var” verilişinin növbəti buraxılışı kövrək anlarla yadda qalıb.

Panarama.az Olay.az-a istinadən yazır ki, proqramın qonağı Xalq artisti Mehriban Zəki olub. Əməkdar artist Dilarə Əliyevanın onunla bağlı monoloqu zamanı hər iki aktrisa kövrəlib:

“Onunla yoldaş, yol yoldaşı qan yoldaşı, eyni yeri, göyü, fəzanı, hətta eyni qəzanı paylaşmaq belə alın yazısıdır. Biz yolumuzu düz getdik, nə sağlar, nə sollar ayırmadı. Bizi döngələr ayırmadı, hətta ölüm belə ayırmadı. Əl-ələ verib gedəcəyimiz çox yol var”.


M. Zəki isə Əliyevanın fikirlərinə qarşı bunları söyləyib:

“Verilişinin bu məqamı “şillə vuran” olur. Şilləni elə “vurdun ki”.. Dilarə, çox sağ ol. Sənin yerin mənim həyatımda, ürəyimdə tamam başqadır”.

Xatırladaq ki, ötən il Oqtay Əliyevin həlak olduğu avtomobil qəzası zamanı maşında Mehriban Zəki də var idi.

23.01.2024 07:33
2771

(MGID): :
OXŞAR XƏBƏRLƏR