662436c105916202404244225
Böyrək və qaraciyər xəstəliklərinə qarşı - ŞƏFALI ÇAY

Bu təbii çay iltihab əleyhinə xüsusiyyətlərə malikdir. Böyrək və qaraciyər xəstəliklərinə qarşı çox faydalıdır.

Panarama.az həmin çayın reseptini təqdim edir:

Tərkibi:

▫️Təbii bal.
▫️1/4 çay qaşığı üyüdülmüş zerdeçal.
▫️1/4 çay qaşığı üyüdülmüş zəncəfil.
▫️1 stəkan su.

Hazırlanma qaydası:

Zerdeçal və zəncəfil tozunun üzərinə qaynar su tökün. Qapaq ilə örtün və 15-20 dəqiqə dəmlənməsinə icazə verin. Bal əlavə edin və çayı stəkana süzün.

Yaxşı qızdırır və bədəndə istiliyi saxlayır, canlandırır və enerji verir. Müxtəlif ədviyyatlar əlavə edə bilərsiniz - darçın, kardamon, mixək.

Gündəlik qida rasionumuza mütləq daxil edin./saglamolun.az

21.04.2024 01:41
535

(MGID): :
OXŞAR XƏBƏRLƏR