64de7b68ae6cd202308235624
Böyük gərginlik var idi - Qurban Qurbanov

"Çox böyük gərginlik var idi".

Panarama.az Redaktor.az-a istinadən bildirir ki,  bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Finlandiyada HİK-ə 2:1 hesabı ilə qalib gəldikəri UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.

"Futbolçularımı təbrik edirəm. Oyuna yaxşı başlamışdıq. Sadəcə ilk dəqiqələrdə buraxılan qol futbolçularda ruh düşkünlüyü yaratdı. Amma sonra oyunu ələ almağı bacardıq. Yaxşı qalibiyyət oldu. Əvvəl də demişdim ki, çox intizamlı komandaya qarşı oynayırıq. Azlıqda qaldılar, yenə məğlub olmaq istəmirdilər. Sona kimi döyüşdülər, mübarizə apardılar. Rəqib öz oyunumuzu istədiyimiz kimi göstərməyə imkan vermədi. Qarşıdakı günlərdə digər oyunlara hazırlaşmalıyıq"

17.08.2023 23:54
201

(MGID): :
OXŞAR XƏBƏRLƏR