64dc53a542a73202308234213
Braziliya işıqsız qaldı

Avqustun 15-də səhər tezdən Braziliyada 26 ştatdan 25-də və ölkənin paytaxtının daxil olduğu federal dairədə elektrik enerjisi kəsilib.

 

Panarama.az Sfera.az-a istinadən xəbər verir ki, bu haqda G1 portalı məlumat yayıb.

 

Braziliyanın milli elektrik şəbəkəsi operatoru hadisənin yerli vaxtla təxminən səhər saat 8:30-da qeydə alındığını bildirib. Ölkənin cənubu, cənub-şərqi ilə şimal və şimal-qərbi arasında sistemdə əlaqənin kəsilməsinə səbəb olan nasazlığın səbəbləri araşdırılır

Elektrik enerjisinin kəsilməsi təkcə vahid sistemə qoşulmayan Rorayma ştatına təsir etməyib.

 

Hazırda ölkənin cənub, cənub-şərq və qərb ştatlarında elektrik enerjisinin verilişi bərpa edilib.

16.08.2023 08:41
212

(MGID): :
OXŞAR XƏBƏRLƏR