6518f6169be7b202310233118
Bu ağrılar miokard infarktının əlaməti ola bilər - Cərrah xəbərdarlıq etdi

Dünyada ürək-damar sistemi xəstəliklərinin artım tendensiyası müşahidə edilir. Bu da həmin sahədə işləyən bütün mütəxəssislərin, kardioloqların, kardiocərrahların işini artırır.

Panarama.az bildirir ki, bunu AZƏRTAC-a müsahibəsində ürək-damar cərrahı Seymur Musayev deyib.

Cərrah ürək-damar sistemi xəstəliklərinin digər xəstəliklərlə oxşar əlamətləri olduğunu, nəticədə insanların özbaşına qərar verərək özünümüalicə aparması nəticəsində xoşagəlməz, hətta faciəli halların baş verdiyini diqqətə çatdırıb: "Kəskin mədə ağrıları, yəni abdominal ağrılar kimi əlamətlər miokard infarktının da simptomları ola bilər. Bu zaman hərəkətsiz qalmaq və birinci instansiyaları - təcili tibbi yardım, ailə həkimləri, poliklinikalar, ambulator həkimləri məlumatlandırmaq lazımdır. Onlar xəstəni mütləq doğru müayinəyə və lazımi mütəxəssisə yönləndirirlər. Xəstənin mədəsi yoxlanıldıqda bir problem aşkarlanmırsa, mütəxəssis miokard infarktından şübhələnə bilir. Ürəyin kardioqramı çəkildikdən sonra ürəkdə qeydə alınan dəyişikliklər nəticəsində hər şey məlum olur. Ümumiyyətlə, şiddətli mədə ağrısı olan bütün xəstələrin kardioqramı çəkilir. İnfarkt keçirən xəstələrin təxminən yarısı həyatını itirə bilər. Odur ki, əlamətlər olduğu zaman erkən müdaxilə edilməsi üçün mütləq mütəxəssisə müraciət olunmalıdır

01.10.2023 08:28
437

(MGID): :
OXŞAR XƏBƏRLƏR