Aprel ayı bəzi bürclərin ayağını yerdən üzəcək. Sakit-sakit işini görənlər birdən diqqət mərkəzinə düşəcək, “mənim nə günahım var ki, bu qədər uğurluyam” deyə-deyə yüksələcəklər.
Panarama.az Ajans.az-a istinadən həmin bürcləri təqdim edirik:
Əqrəb
Əqrəblər bu ay pulla sanki zarafat edəcək. Qəfil təklif, bəlkə də yeni bir layihə... Amma əsas olan odur ki, gəlirləri kəskin şəkildə artacaq. Əgər son vaxtlar "məni görən yoxdur" deyirdinsə, aprel səni lap ekran başına çıxaracaq. Karyerada da dəyişiklik ola bilər, amma istədiyin kimi – ya rəhbər vəzifə, ya da yeni və çox qazandıran bir mövqe.
Oğlaq
Sakit-sakit zirvəyə qalxmağın simvolu bu ay məhz Oğlaqlardır. Uzun müddətdir əziyyət çəkdiyin işlərin bəhrəsini görəcəksən. Mükafat, maaş artımı və ya səni təəccübləndirəcək bir vəzifə təklifi yoldadır. Gəlir məsələsində də göy üzündən yağış yox, pul yağacaq. Sadəcə fürsətləri doğru anla.
Əkizlər
Əkizlərin enerjisi bu ay başqalarını da arxasınca aparacaq. Çoxdan istədiyin layihə həyata keçəcək və bu sənə həm status, həm də gəlir gətirəcək. Hətta təklif o qədər cazibədar olacaq ki, "yox" demək çətin olacaq. Apreldə Əkizlər özünü sübut edəcək, həm də cəmiyyət içində nüfuz qazanacaq.