651be920d8d3c202310231248
Bu azərbaycanlılar Rusiyadan deportasiya OLUNDU

Sentyabr ayı ərzində Mari El Federal Məhkəmə İcraçıları Xidməti Rusiyada qanunsuz olaraq yaşayan  4 Azərbaycan Respublikası və 3 Türkmənistan Respublikası vətəndaşını saxlayıb.

Panarama.az  Rusiya KİV-ə istinadla bildirir ki, onların öz vətənlərinə göndəriləcəyi bildirilir.

Sənəd yoxlanışı zamanı həmin şəxslər Rusiyada olma müddətini keçirdiklərinə görə saxlanılıb və barələrində inzibati protokollar tərtib edilib.

Miqrantlar 2 min rubl məbləğində cərimə və Rusiyadan məcburi inzibati deportasiya şəklində cəzaya məruz qalıblar. Departamentin əməkdaşları bütün lazımi sənədləri doldurduqdan sonra həmin qeyri-qanuni miqrantları Kazan hava limanında dövlət sərhədinin buraxılış məntəqələrinə çatdırıblar.

Məlumata görə, bu şəxslərin 5 il müddətinə Rusiyaya girişinə qadağa qoyulacaq./lent.az


03.10.2023 14:12
345

(MGID): :
OXŞAR XƏBƏRLƏR