Sentyabr ayı ərzində Mari El Federal Məhkəmə İcraçıları Xidməti Rusiyada qanunsuz olaraq yaşayan 4 Azərbaycan Respublikası və 3 Türkmənistan Respublikası vətəndaşını saxlayıb.
Panarama.az Rusiya KİV-ə istinadla bildirir ki, onların öz vətənlərinə göndəriləcəyi bildirilir.
Sənəd yoxlanışı zamanı həmin şəxslər Rusiyada olma müddətini keçirdiklərinə görə saxlanılıb və barələrində inzibati protokollar tərtib edilib.
Miqrantlar 2 min rubl məbləğində cərimə və Rusiyadan məcburi inzibati deportasiya şəklində cəzaya məruz qalıblar. Departamentin əməkdaşları bütün lazımi sənədləri doldurduqdan sonra həmin qeyri-qanuni miqrantları Kazan hava limanında dövlət sərhədinin buraxılış məntəqələrinə çatdırıblar.
Məlumata görə, bu şəxslərin 5 il müddətinə Rusiyaya girişinə qadağa qoyulacaq./lent.az