666128296e0a5202406240825
Bu benzin ucuzlaşır - Sürücülərə ŞAD XƏBƏR

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu (BNEZ) bu ay “Euro-5” ekoloji standartlarına uyğun avtomobil benzininin istehsalına başlamağı planlaşdırır. Bu barədə SOCAR-dan məlumat verilib. Zavodda 2023-cü ilin may ayında “Euro-5” standartlarına uyğun dizel yanacağı istehsalına başlanılıb. 2024-cü ilin iyununda isə BNEZ “Euro-5” standartlarına uyğun avtomobil benzini istehsalına başlamaq planlaşdırılır. 

Bəs yerli istehsalın bazara təqdim olunması qiymətlərdə ucuzlaşmaya səbəb ola bilərmi? 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, hazırda dünya bazarında neftin qiyməti kifayət qədər aşağıdır və bu səbəbdən Ai-95 markalı benzinin qiyməti də ucuzlaşmalıdır: 

“Əslinə qalsa, Ai-95 markalı benzin indi də ucuz olmalıdır, çünki neft 80 dollardır. Biz bu benzini xaricdən alırıq və qiymət 2 manata qalxan zaman dünya bazarında neftin dəyəri 120 dollara yaxın idi. İndi isə neftin qiyməti təqribən 30-40 faiz ucuzlaşıb. Amma bizdə yenə Ai-95 markalı benzin bahadır və bu anlaşılan deyil”. 

Ekspert Ai-95 markalı benzinin qiymətinin Gürcüstanla eyni olduğunu vurğulayıb: 

“Yerli istehsal olduqda isə, ümumiyyətlə ucuzlaşmalıdır. Biz hazırda Ai-95 benzini əsasən Ruminyadan alırıq. Yerli istehsal başlansa bu benzinin qiymətində mütləq şəkildə ucuzlaşma olmalıdır və düşünürəm ki, olacaq. İndiki şəraitdə bizdə Ai-95 markalı benzin aşağı-yuxarı Gürcüstanla eyni qiymətədir. Bu isə anlaşılan deyil. Azərbaycan neft ölkəsidir və yanacaq növlərinin istehsalı üçün yetərincə yüksək imkanlar var”. 

Nazim Hacıyev 


Telegram kanalımız

06.06.2024 07:06
1682

(MGID): :
OXŞAR XƏBƏRLƏR