671b8352acc98202410243858
“BU ÇAYDANLARDAN İSTİFADƏ ETMƏYİN!”
Plastik elektroçaydanlardan imtina etmək lazımdır.

Elmi araşdırmalar, elektrik çaydanlarının hazırlandığı plastiklərin qızdırılan zaman suya müxtəlif elementlər qatdığını sübut edib. Bu maddələr uşaqlar, eləcə də böyüklər üçün çox ziyanlıdır.

Plastik çaydanların istehsalı zamanı, dioksin, kadmiy, bisfenol kimi maddələrdən istifadə olunur. Onların ən təhlükəlisi isə melamindir. Bu maddə, gücünü və istiliyə davamlılığı artırmaq üçün təkrar emal edilmiş plastikə əlavə edilir. Qızdırıldıqda, suya kanserogenləri buraxır.

Bu təhlükəli maddələrin çox az miqdarını qəbul etmək kifayətdir ki, tənəffüs, beyin, sinir və həzm sistemi zədələnsin. Ona görə də, elektrik çaydanlarında qaynadılan su insan üçün zərərlidir və bu çaydanlardan uzaq durmaq lazımdır.

Bəs sağlamlığımız üçün necə çaydan seçməliyik?

Elektrik çaydan üçün ən ideal material paslanmayan polad, keramika və ya şüşə olmalıdır. Bu çaydanlar ekoloji cəhətdən təmiz hesab olunur.

Xatırladaq ki, mütəxəssislər, plastik elektroçaydanlardan istifadə etdiyiniz halda eyni suyu bir neçə dəfə qaynatmamağı da xüsusilə məsləhət görür. Çünki, yenidən qaynadarkən suyun tərkibində zərərli maddələrin konsentrasiyası artır./saglamolun.az 

25.10.2024 15:35
178

(MGID): :
OXŞAR XƏBƏRLƏR