Bu dövlət qurumu yeni binaya köçürülür
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya Publik Hüquqi Şəxsi yeni binaya köçür.
Panarama.az bildirir ki, İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, dövlət qurumu icarəyə götürmək üçün yeni inzibati bina axtarışındadır.
İcarə müddəti hələlik bir illik nəzərdə tutulub.
Qeyd edək ki, Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya hazırda paytaxtın M.Naxçıvani küçəsi 25 A ünvanında yerləşir.