64efa7f5beefd202308233501
Bu ədviyyatı çaya əlavə edin və...

Hil kulinariyada çoxdandır ki, fəxri yer tutur. Siz hətta təsəvvür edə bilməzsiniz ki, hil əlavə olunmuş bir fincan qəhvə və ya çay nə qədər faydalıdır.

Panarama.az Publika.Az-a istinadən  xəbər verir ki, bu içki həzm problemlərinə və böyrək xəstəliklərinə müalicəvi təsir göstərir. Üstəlik ətri insanı valeh edir. Hindistanda və Çində təbiblər hesab edirlər ki, bu ədviyyat sayəsində demək olar ki, bütün xəstəlikləri sağaltmaq olar.


Orqanizmi təmizləyir


Mütəmadi olaraq hil istifadə etdikdə qan təzyiqi aşağı düşür və kalsium böyrəklərdən atılır. Beləliklə də hil böyrəkləri təmizləyir.


Həzmi yaxşılaşdırır


Hilli qəhvə həzmi yaxşılaşdırmağa kömək edir. Hil həzmi yaxşılaşdıraraq mədə sancısını və tutmaları azaldır. Meteorizm və qarın köpünü aradan qaldırır.


Qanazlığı ilə mübarizə aparır


Hil halsızlıq və anemiya kimi simptomları müalicə edən dəmir, mis, manqan və digər faydalı vitaminlərlə zəngindir. Hildə olan qidalı maddələr qırmızı qan hüceyrələrinin səviyyəsini artırır.


Antiseptik kimi istifadə olunur


Hindistanda hil ağız iltihabı müalicəsi üçün istifadə edirlər. Bir-iki hil toxumu çeynəmək nəfəsi təravətləndirir, ağız iyini aradan qaldırır.


İmmuniteti artırır


Hil immunitetə müsbət təsir göstərir, yuxusuzluqdan və depressiyadan xilas edir, orqanizmin ümumi tonusunu artırır.


Dərini qoruyur


Hil antioksidant xassələrə malik olduğu üçün onu istənilən halda qəbul etmək bədəni tonusda saxlayır, bununla da dərinizin vaxtından əvvəl qocalmasının qarşısını alacaq və ondan müdafiə edəcəksiniz.


Saçları bərpa edir


Mütəmadi olaraq saçların hilli su ilə yaxalanması onlara ipək kimi yumşaqlıq və parlaqlıq bəxş edəcək.


Hilin digər faydalı xassələri:


- Ən yaxşı ağrıkəsicidir.


- Sakitləşdirici təsirə malikdir.


- Başağrısını aradan qaldırır.


- Ağciyərləri təmizləyir.


- Xərçəngə qarşı faydalıdır.


31.08.2023 00:34
270

(MGID): :
OXŞAR XƏBƏRLƏR