651cdc33a9cec202310232955
Bu gecə Yerin yaxınlığından potensial təhlükəli asteroid keçəcək - FOTO

Yerin yaxınlığından diametri bir km-dən çox olan asteroid uçacaq.

Bu barədə NASA-nın Yerə Yaxın Obyektlərin Tədqiqi Mərkəzinin saytında xəbər verilib.

Bildirilir ki, potensial təhlükəsi olan 349507 (2008 QY) asteroidi 34 ildən sonra yenidən Yerə yaxınlaşacaq.

Səma cismi oktyabrın 4-də Bakı vaxtı ilə 00:39-da Yerə ən yaxın məsafədə olacaq.

Onun planetimizdən təxminən altı milyon kilometr məsafədən keçəcəyi gözlənilir. Hesab olunur ki, Yerin orbitindən 7,5 milyon km-dən az məsafədə keçən astronomik obyektlər potensial təhlükə yaradır.

Alimlər asteroidin diametrini 520-1,2 min metr diapazonda qiymətləndirirlər. Onun sürəti saniyədə 20,96 km-dir./gazeta. ru


04.10.2023 07:29
288

(MGID): :
OXŞAR XƏBƏRLƏR