665a2ef792b81202406241135
Bu gün 1 İyun Uşaqların Müdafiəsi Günüdür...FOTO (Özəl)

Böyük tarixi şəxsiyyət Heydər Əliyev deyirdi: "Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır".


İyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir.


Dünya şöhrətli yazıçı Viktor Hüqonun "Dünyada ən böyük himn körpə qığıltısıdır" deməsi illərdir ki, ruhumuzda, düşüncələrimizdə ana laylası qədər yaşayır. Ailənin, nəslin və millətin səadəti də o zaman mümkünləşir ki, bu bəşəri himnin sədaları kəsilməsin. Əlbəttə, körpə sadəcə olaraq valideynlər arasında salınan mənəvi körpü deyildi. Hər bir körpə öz millətinin gələcəyidir. Uşaqlar bizim gələcəyimizdir. Bu müdrik fikrin məna çalarları çoxdur. Onların məhz xoş sabahımız olmaları bugünün necəliyindən çox asılıdır.
Bu gözəl gün münasibətilə Panarama.az saytı adından İ.Hacıyev adına "Tərəqqi" litseyinin 1 A sinif şagirdlərini və onların simasında bütün uşaqların bayramını təbrik edirik. Gül balalara sağlam ömür, mənalı həyat arzu edirik.

Xoşbəxt və sülh içində yaşayacaqları bir dünya arzusu ilə, bugünün sabahı, sabahın ümidi olan uşaqların üzündən gülümsəmə əskik olmasın! Bayramınız mübarək əziz balalar! 






































01.06.2024 00:06
613

(MGID): :
OXŞAR XƏBƏRLƏR