661fa42a44838202404242754
Bu gün azərbaycanlı məşhurun toyudur - FOTO

“7-17” mahnı müsabiqəsi ilə ölkədə məşhurlaşan müğənni Xəyalə Manaflının bu gün toy məclisi baş tutacaq.

 

Panarama.az bildirir ki, bu barədə ifaçının xalası, tanınmış bəstəkar Məryəm Əlibəyli məlumat verib.

 

“5 yaşından Azərbaycan səhnələrinin, televiziyaların illər əvvəl ən kiçik ulduzu olmuş bu xanımın bu gün toy günüdür. Elə bilirdim bu əziz günü yalnız ailəsi, yaxınları, əzizləri gözləyir. Sən demə elə deyilmiş. Bütün sosial şəbəkələrdə minlərlə insanın sevincini görürəm. Bacımın qızına, eyni zamanda yaradıcılığımın bəhrəsinə səadət arzulayıram”, - bəstəkar qeyd edib.

 

Xatırladaq ki, 39 yaşlı sənətçi nişanlısı Nurlan Rzayev adlı bəylə “TikTok” video platformasında tanış olublar./sfera.az


17.04.2024 14:13
1319

(MGID): :
OXŞAR XƏBƏRLƏR