658b81227bf7f202312234258
Bu gün Fərhad Bədəlbəylinin doğum günüdür....

Fərhad Şəmsi oğlu Bədəlbəyli 27 dekabr 1947-ci ildə Bakıda görkəmli rejissor, Azərbaycan SSR xalq artisti Şəmsi Bədəlbəylinin ailəsində anadan olmuşdur.

1965–1969-cu illərdə Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında, 1969–1971-ci illərdə P. İ. Çaykovski adına Moskva Dövlət Konservatoriyasının aspiranturasında  oxumuşdur. Fərhad Bədəlbəylinin adı B. Smetana adına (Çexoslavakiya, 1967, III mükafat və Smetana əsərinin ən yaxşı ifaçısı mükafatı) və Vianna da Motta adına beynəlxalq müsabiqələrdəki uğurlu çıxışlardan sonra məşhurlaşır.

Bu gün F. Bədəlbəyli fəal konsert yaradıcılığı ilə məşğuldur. 

 Musiqi təşkilatçılığı işi, maarifçilik – F. Bədəlbəylinin ikinci, mühüm fəaliyyət sahəsidir. 1986–1989-cu illərdə o, Azərbaycan Musiqi Cəmiyyətinin idarə heyəti sədrinin I müavini olmuşdur. F. Bədəlbəylinin təşəbbüsü ilə Bakı İncəsənət Mərkəzi (1987–1996-cı illərdə o, buranın rəhbəri olmuşdur) və Azərbaycan Musiqi Xadimləri Cəmiyyəti (hal-hazırda o, 1989-cu ildən bu cəmiyyətin sədridir) yaradılmışdır.

1995-ci ildən o, "Azərbaycan Mədəniyyətinin Dostları" fondunun üzvüdür. 1971-ci ildən F. Bədəlbəyli Azərbaycan Dövlət Konservatoriyasında dərs deyir (1976-cı ildən dosent, 1983-cü ildən professor). 1991-ci ildən F. Bədəlbəyli onun təşəbbüsü ilə Ü. Hacıbəyov adına Bakı Musiqi Akademiyasına çevrilmiş ADK-nın rektorudur."

O, "Azərbaycan SSR əməkdar artisti" fəxri adına, "Azərbaycan SSR xalq artisti" fəxri. adına, Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanına, SSRİ xalq artisti" fəxri adına, Azərbaycan SSR Dövlət mükafatı , "Şöhrət" ordeni, Fraransanın "İncəsənət və Ədəbiyyat" ordeni,  İstiqlal" ordeni, "Şərəf" ordeni  kimi bir çox mükafatlara layiq görülmüşdür.

Ailəlidir, 1 qızı var.  

Bizdə Fərhad müəllimi təbrik edir, can sağlığı arzulayırıq!

Panarama.az

27.12.2023 05:31
1190

OXŞAR XƏBƏRLƏR