658d0544a7f0b202312231900
Bu gün görkəmli sənətkarımız Zeynəb Xanlarovanın doğum günüdür...
Zeynəb Yəhya qızı Xanlarova 28 dekabr 1936-cı ildə Bakı şəhərində anadan olmuşdur. O, 1956-cı ildə M. Ə. Sabir adına Bakı Pedaqoji məktəbini və 1961-ci ildə Asəf Zeynallı adına Bakı Musiqi Texnikomunu bitirib. Xalq artisti 1961-ci ildən Opera və Balet Teatrının solisti kimi fəaliyyətə başlayıb. Ü. Hacıbəyovun "Leyli və Məcnun", "Əsli və Kərəm" operalarında Leyli və Əsli obrazlarını yaradıb. Xalq artistinin repertuarında muğamlar, təsnif və Azərbaycan xalq mahnıları, bəstəkar mahnıları, şərq xalqlarının mahnıları geniş yer tutur. Zeynəb Xanlarova Azərbaycanın qadın xanəndələri arasında "Çahargah" muğamının ilk ifaçılarından biridir. Haqqında "Salam, Zeynəb!" adlı sənədli televiziya filmi çəkilib.1961-ci ildən Opera və Balet teatrının solistidir. Üzeyir Hacıbəyovun "Leyli və Məcnun", "Əsli və Kərəm" operalarında müvafiq olaraq Leyli və Əsli obrazlarını yaratmışdır. Repertuarında muğam (Şahnaz, Mahur, Qatar, Bayatı-Şiraz və s.), təsnif və Azərbaycan xalq mahnıları, Azərbaycan bəstəkarlarının (Qara Qarayev, Fikrət Əmirov, Tofiq Quliyev, Cahangir Cahangirov, Arif Məlikov, Emin Sabitoğlu, Ələkbər Tağıyev və b.) və şərq xalqlarının mahnıları geniş yer tutur. Azərbaycanın qadın xanəndələri arasında "Çahargah" muğamının ilk ifaçısıdır. O, həmçinin bir sıra mahnıların da müəllifidir. Dünyanın əksər ölkələrində konsertlər verib və bir çox dillərdə mahnılar ifa edib.Azərbaycan SSR Ali Sovetinin XI, XII çağırış və Azərbaycan Respublikasının Milli Məclisinin I, II, III, IV və V çağırış deputatı olmuşdur.

"Azərbaycan SSR əməkdar artisti" fəxri adına,"Şərəf nişanı" ordeninə, "Azərbaycan SSR xalq artisti" fəxri adına, "Ermənistan SSR xalq artisti" fəxri adına,  "SSRİ xalq artisti" fəxri adına, "Qızıl val" mükafatı ("Melodiya" firması),"Xalqlar Dostluğu" ordeninə,  Azərbaycan SSR Dövlət mükafatına, "Şöhrət" ordeninə, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə, "İstiqlal" ordeni,Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu, "Heydər Əliyev" ordeni, Basın və Başarı ödülü (Türk Basın Birliyi), İlin Sənətçisi (Ankara Jurnalistlər Birliyi) kimi bir çox mükafatlara layiq görülmüşdür. 

Ailəlidir 2 oğlu var.

Bizdə Panarama.az saytı olaraq görkəmli sənətkarımızı təbrik edir, can sağlığı, uzum ömür arzu edirik!

28.12.2023 09:08
1005

(MGID): :
OXŞAR XƏBƏRLƏR