658a6ffe9dc01202312231734
Bu gün xalq artisti Nuriyyə Əhmədovanın doğum günüdür

Bu gün Azərbaycan kinoaktrisası, Azərbaycan Respublikasının Xalq artisti, Prezident təqaüdçüsü Nuriyyə Əhmədovanın doğum günüdür.

Panarama.az xatırladır ki, o, 1950-ci ilin 26 dekabrında Bakıda anadan olub.

M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda aktyorluq fakültəsində təhsil alıb (1970–1974). İlk əmək fəaliyyətinə 1968-ci ildə Musiqili Komediya Teatrında başlayıb.

Nuriyyə Əhmədovanın kinoya ilk gəlişi 1982-ci ildə "Mozalan" süjetlərində çəkildikdən sonra olub. 2007-ci ildə Azərbaycanın Xalq artisti fəxri adına layiq görülüb.

Nuriyyə Əhmədovanın iki övladı olub: ilk övladı olan qızı İlahə 20 yaşında qətlə yetirilib, ikinci övladı olan oğlu Əli isə 37 yaşında xərçəng xəstəliyindən vəfat edib.Qız övladından Faiq İbadzadə adlı nəvəsi var.

Xalq artisti Nuriyyə Əhmədova "20+1" qısametrajlı bədii süjetində "Mozalan" № 105), "777 nömrəli iş", "Adi əhvalat" qısametrajlı bədii süjetində "Mozalan" № 161), "Alman klinikasına şəxsi səfər", "Anlamaq istəyirəm" (dublyaj), "Araqarışdıran", "Arşınmalçı", "Aşkarsızlıq şəraitində", "Bağ mövsümü", "Bala-başa bəla!", "Balqabaq", "Belə də olur", "Beşmərtəbəli evin altıncı mərtəbəsi", "Bəxt üzüyü", "Bəyin oğurlanması", "Sahilsiz gecə", "Həm ziyarət, həm ticarət" və s. filmlərdə yaddaqalan rollar ifa edib.

Nuriyyə Əhmədova 2015-ci il oktyabrın 10-da Bakıda vəfat edib./baku.ws

26.12.2023 10:15
936

(MGID): :
OXŞAR XƏBƏRLƏR