652d1082b2291202310232922
Bu gün XALQ ARTİSTİMİZ ZÜLFiYYƏ XANBABAYEVANIN DOĞUM GÜNÜDÜR....

Bugün xalq artistimiz, Azərbaycanın incilərindən biri olan Zülfiyyə Xanbabayevanın doğum günüdür. 

Panarama.az bildirir ki, Zülfiyyə Güloğlan qızı Xanbabayeva 1967-ci il, 16 oktyabr tarixində Bakı şəhərində anadan olub. 

161 nömrəli məktəbi bitirdikdən sonra 1985-ci ildə İncəsənət İnstitutunun "Teatr rejissoru" fakültəsinə daxil olub.

1988-ci ildə "Bakı Payızı-88" müsabiqəsində iştirak edərək finala çıxıb.

1994-cü ildə Zülfiyyə Xanbabayevanın yolu Geryazadə məktəbindən keçir. "Aypara" qrupunda çıxış edir. 

Qrupdan ayrıldıqdan bir müddət sonra isə solo karyerasına başlayır. 

Onun bir çox mahnıları dillər əzbəridir..

Dəyərli sənətçimiz "Əməkdar" sonra isə "Xalq" artisti adını almışdır.

Ailəlidir. Bir qız övladı var.




16.10.2023 14:19
391

(MGID): :
OXŞAR XƏBƏRLƏR