67bae931ee94c202502252401
Bu il qəbul ballarının artacağı gözlənilir

Bu il prestijli ixtisaslarda ballar arta bilər.

Panarama.az Qlobal.net-ə istinadən xəbər verir ki, bunu "Xəzər Xəbər”ə açıqlamasında təhsil eksperti Rizvan Fikrətoğlu deyib.

Ekspert bildirib ki, ötən illə müqayisədə bu il bəzi universitetlərin plan yerlərinin də artırılması nəzərdə tutulur.

Ekspert həmçinin onu da əlavə edib ki, plan yerlərinin artması ilə ballarda ciddi mənada dəyişiklik gözlənilməsə də, ötən ildəki kimi bəzi prestijli ixtisasların ballarında artım ola bilər.

Rizvan Fikrətoğlu onu da vurğulayıb ki, keçid balları hər il qəbul olunan tələbələrin sayı, ixtisaslar üzrə tələbat, tələbələrin imtahan nəticələri və ümumi təhsil sistemindəki dəyişikliklər əsasında müəyyən olunur.

23.02.2025 13:21
258

(MGID): :
OXŞAR XƏBƏRLƏR