6689630d52b57202407243021
Bu körpü Azərbaycana qaytarılır - KİV

Ermənistanı Gürcüstanla birləşdirən körpü Azərbaycana geri qaytarılacaq.

Panarama.az APA-ya istinadən xəbər verir ki, bu barədə informasiya "Sputnik Armenia" vasitəsilə yayılıb.

Məlumatda Ermənistanın Baş naziri Nikol Paşinyanın bu gün Kirants və Açarkut kəndlərinə gedərək, yeni yolun tikintisi ilə tanış olduğu bildirilib.

O da vurğulanıb ki, Ermənistandan Gürcüstana istiqamətlənən yoldakı körpü sərhəd delimitasiyası prosesində Azərbaycana veriləcəyi üçün ərazidə yeni yol qovşağı tikilir.

06.07.2024 19:29
313

(MGID): :
OXŞAR XƏBƏRLƏR