670b60f0a1aa4202410245600
Bu küçələrdə maşın saxlamaq qadağan edilir

Bakıda avtomobillərin sayı çoxaldıqca sürücülərin başlıca problemlərindən biri də maşını saxlamaq üçün yer tapmamaq olur. Mövcud problemin həlli istiqamətində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən mütəmadi olaraq işlər görülür. Bu istiqamətdə İsmayıl bəy Qutqaşınlı küçəsində 29 yerlik parklanma məntəqəsinin təşkili üçün nişanlanma işləri görülüb.

Panarama.az bu barədə Agentliyə istinadən xəbər verir.

Qeyd edilib ki, parklanma ilə bağlı Sabit Rəhman və Alı Mustafayev küçələrində də tədbirlər görülüb. Burada mövcud parklanma məntəqələrində 3 ədəd məlumat lövhəsi yol nişanı quraşdırılıb.

Vurğulanıb ki, bəzi yollarda isə qanunsuz parklanmanın qarşısı alınıb. Belə ki, Məmməd Namazov, Kamal Rəhimov, Xəqan Dadaşov küçələri və Bilgəh-Pirallahı şosesində (Amburan Mall) 9 ədəd "Dayanma və durma qadağandır" yol nişanı quraşdırılıb./milli.az 

13.10.2024 09:55
368

(MGID): :
OXŞAR XƏBƏRLƏR