Bakının “28 May” metrostansiyası və Bakı Dəmiryol Vağzalının qarşısında aparılan təmir işləri ilə əlaqədar Nəqliyyat Mübadilə Mərkəzinə daxil olan müntəzəm avtobus marşrutlarının hərəkət sxemləri müvəqqəti dəyişdirilir.
Panarama.az sfera.az-a istinadən bildirir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) istinadən xəbər verir.
Dəyişikliyə əsasən, iyunun 20-dən 14 sayda avtobus marşrutunun dayanacaq məntəqələri dörd müxtəlif ərazidə təşkil edilir.
1, 46, 125 və H1 nömrəli avtobus marşrutlarının son dayanacaq məntəqəsi 28 May küçəsində (S.Vurğun bağı);
21, 30, 32, 49 və 175 nömrəli avtobus marşrutlarının son dayanacaq məntəqəsi Dilarə Əliyeva küçəsində (S.Vurğun bağı);
14 və 88A nömrəli avtobus marşrutlarının son dayanacaq məntəqəsi Füzuli küçəsində (Azadlıq prospekti ilə kəsişmədə)
4, 5 və 88 nömrəli avtobus marşrutlarının aralıq dayanacaq məntəqəsi Azadlıq prospektində (ADNSU-nun yanı) təyin edilib.