64e9d9954459e202308235309
Bu mədənlər Azərbaycana təhlükədir - Həyəcan təbili çalındı

Ermənistan ərazisində yerləşən faydalı qazıntı yataqlarının kortəbii istismarı ətraf mühitə ciddi zərər vurur.

Panarama.az xəbər verir ki, təqdim olunan hesabatda 26 filiz hasilat yatağının nəticələri yer alıb. Nəticələr 2017-2023-cü il tarixlərində çəkilmiş peyk təsvirlərinə əsasən əldə edilib. Müqayisə zamanı sözügedən yataqların həm ətrafa vurduğu zərər, həm də fasiləsiz istismar nəticəsində ərazisinin genişləndiyi aydın olub. Hətta bəzi yataqlardan yeni kəşfiyyat qazıntı işlərinin də aparıldığı aşkarlanıb.Hesabatı təqdim edən Sudan istifadə sahəsində mütəxəssislər ictimai birliyinin sədri Amin Məmmədov bildirib ki, Ermənistan konvensiya üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir.

Amin Məmmədov bildirib ki, təkcə Qafan hasilat yatağı son 5 il ərzində aktiv fəaliyyət göstərib və sahəsi 49.2 faiz genişlənib.

Hesabatın nəticələrinə görə son 5 il ərzində Arcut hasilat yatağının 70.4 faiz, Meqhasat qızıl mədəninin 26.1 faiz, Azatek qızıl mədəninin 450 faiz, Qaraberd qızıl gümüş mədəninin sahəsində isə 46.7 faiz genişlənmə müşahidə edilib.

Bütün bunların fonunda isə təmizlənməmiş tullantı sular bir başa kür və araz çayı ilə təmasda olur ki, bu da ciddi ekoloji problemlərə gətirib çıxarır.(referans.az)

26.08.2023 14:52
156

(MGID): :
OXŞAR XƏBƏRLƏR