66cf3a500ce50202408245512
Bu müəllimlərə maaş fərqli qaydada verilə bilər

“Müəllimlərin işə qəbulu üzrə müsabiqədə 2 mindən artıq yer 3 ildir seçilmir”.

Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, 2 mindən artıq vakant yer var ki, onları üç ildir təqdim edirlər və bir müəllim belə seçmir:

"Bu vakant yerlərə əsasən, ucqar rayonlarda olan məktəblər, rus sektorunda olan bəzi fənlər daxildir".

Qeyd edək ki, müəllimlik ixtisasından məzunların sayı kifayət qədər olsa da, bu gün bir sıra bölgələrdə müəllim çatışmazlığı müşahidə edilir.

Müəllim çatışmazlığı olan məktəblərdə həmin dərslər necə tədris olunur?

Təhsil üzrə ekspert Rizvan Fikrətoğlu  bildirib ki, xüsusilə də ucqar yerlərdə musiqi, təsviri sənət kimi ixtisaslarda həm dərs saatı az olduğuna, həm də ərazi faktoruna görə müəllimlər seçiç etmirlər:

“Xüsusilə də problem rus bölməsindədir. Şəhərin özündə belə, rus bölməsində müəllim çatışmazlığı var. Riyaziyyat, fizika kimi fənnlərin tədrisində rus bölməsində Bakıda da müəllim çatışmazlığı müşahidə edilir. Belə vəziyyətdə çətin ki, ucqar yerlərə rus bölməsinə müəllim getsin. Bu kimi problemlər var. Biz bəzən deyirik ki, müəllim çoxluğu var, ancaq bəzi sahələrdə müəllim çatışmazlığını görə bilirik”.

Ekspert bildirib ki, belə vəziyyətdə boş dərs saatlarına müəllim getmədikdə həmin ixtisaslara bu əraziyə yaxın yerlərdə işləyən müəllimlər dəvət olunurlar:

“Ya da məsələn, biologiya müəllimliyinə gedən olmursa, bu fənn kimya və yaxud başqa yaxın fənn müəlliminə dərs saatı kimi müvəqqəti verilir.

Yəni belə hallar baş verir. Təbii ki, müəllim çatışmazlığının qarşısını almaq üçün həvəsləndirmə tədbirləri lazımdır. Onlara maaşla bağlı fərqli hesablama tətbiq oluna bilər. Yəni fərqli yanaşmalar tətbiq etmək lazımdır ki, müəllimlər o istiqamətə həvəslənsinlər”./“Cebheinfo.az”

28.08.2024 18:51
177

(MGID): :
OXŞAR XƏBƏRLƏR