64e76920243e9202308232848
Bu qəsəbədə çaşdırıcı yol nişanları QURAŞDIRILDI - FOTO

Fransanın bir şəhərində sürücülərin sürət həddini pozmaması üçün çaşdırıcı yol nişanları tətbiq edilib.


Panarama.az News24.az xəbər verir ki, bu barədə "Oddity Central" nəşri məlumat yayıb.

Belə ki, 1700 nəfərin yaşadığı Beaune şəhərində yollara qeyri-adi nişanlar qoyulub. 

Sürücülərin sürətini azaltmaq üçün yerli hakimiyyət orqanları yolda kəsişən xətlər şəklində mürəkkəb yol nişanları qoyublar. Hökumət bunun müsbət nəticə verdiyini qeyd ediblər. Çünki hara gedəcəklərini anlamağa çalışan sürücülər sürəti azaldırlar.


Lakin bəzi yerli sakinlər hesab edir ki, nəticə müvəqqətidir. Sürücülər bunun nə olduğunu anlayan kimi dərhal adi yüksək sürət rejiminə qayıdacaqlar.

Bu qəsəbədə çaşdırıcı yol nişanları QURAŞDIRILDI - FOTO


24.08.2023 18:17
1894

(MGID): :
OXŞAR XƏBƏRLƏR