Elmi araşdırmalar nəticəsində beyni cavanlaşdıran qida aşkarlanıb. İllərdir istifadə etdiyimiz bu qida müntəzəm yeyildikdə beyni cavanlaşdırır və unutqanlığı tamamilə aradan qaldırır. Panarama.az Referans.az-a istinadən xəbər verir ki, ABŞ mütəxəssislərinin açıqladığı möcüzəli qidaları təqdim edir.
ABŞ-da aparılan bir araşdırma, müəyyən qrup flavonoidlərin beyni cavanlaşdırdığını ortaya qoydu. Araşdırmada qidalara rəng verən flavonoidlərdən istifadə edilib. Kolumbiya Universitetində aparılan tədqiqatda ümumilikdə 3500 subyekt iştirak edib. Subyektlərə 3 il ərzində gündə 500 milliqram flavonoid həb və plasebo verildi. Məqsəd flavonoidlərin yaddaşla əlaqəsini ölçmək idi. Nəticə təəccüblü idi.
Tədqiqat zamanı hər gün 500 milliqram flavonoid verilən subyektlərin söz ehtiyatında və düşüncə sürətində yaxşılaşma müşahidə olunub. Eyni zamanda kakaonun tərkibindəki flavonoidlərin zehnin vaxtından əvvəl qocalmasının qarşısını aldığı və yaddaş qabiliyyətini artırdığı sübut edilmişdir.
Araşdırmada beyinə münasibətdə ən təsirli flavonoid tərkibi kakaonun tərkibində müşahidə edilib. Kakaonun tərkibindəki flavonoidlər beynin koqnitiv funksiyalarını artırır və sonrakı yaşlarda yaddaş problemlərinin qarşısını alır. Bu çərçivədə fərdlər mütəmadi olaraq kakao və digər flavonoid tərkibli qidalardan faydalanmalıdırlar.
Kakao ilə yanaşı yaşıl çay, qırmızı meyvələr, yaşıl tərəvəzlər və sitrus meyvələri də flavonoidləri yüksək olan qidalar sırasındadır. Flavonoidlərin hər bir rəng qrupu bədənin müxtəlif yerlərində daha təsirli olsa da, beyin üçün ən yaxşı flavonoid kakaoda olur. Tərkibində daha çox kakao olan tünd şokolad istifadə edərək bu faydadan yararlana bilərsiniz.
Kakao istifadəsi həmçinin dərini cavanlaşdırır. Dəriyə qulluqda kakaonun olması dərini daha gənc və parlaq edir. Eyni zamanda, kakao dərini sızanaq və akne kimi zərərli formasiyalardan təmizləməyə kömək edir və daha hamar bir dəriyə sahib olmağa imkan verir.
Bundan əlavə, kakao ürək sağlamlığını qoruyur. Qan təzyiqini tarazlaşdırmağa kömək edən kakao yüksək təzyiq xəstəliyinin qarşısını alır. Tərkibindəki sağlam yağ turşuları ilə ürək damarlarında tıxanmaların qarşısını alır və sizi həm təzyiq, həm də infarkt xəstəliklərindən qoruyur