64e103d97fb9c202308230305
Bu qidalar daşın yaranmasına SƏBƏB OLUR!!!

Rusiyalı məşhur həkim Aleksandr Myasnikov hansı faktorların böyrəklərdə daş yaratdığını açıqlayıb.

Panarama.az Lent.az-a istinadən xarici mətbuatdan olan məlumata görə, mütəxəssisin fikrincə, daha çox piylənmə, diabet, sidik yollarının infeksion xəstəliyi olan, sidik turşusu çox olan, qalxanvari vəzin problemlərində və az su içən insanlarda daş yaranır.

Onun sözlərinə görə, qidada nə qədər çox natrium olarsa, o qədər çox kalsium yuyulub çıxır:

“Bu da nəticədə böyrəklərdə süzülə bilməyən daşların yaranması deməkdir. Ət sidik turşusunun miqdarını artırır, sidikdə kalsini çoxaldır, bu da daşlara çevrilir. Daha çox kişilərdə böyrək daşlarının səbəbi də elə ət məhsullarını çox yemələrindəndir. İspanaq, bəzi göyərtilər, kərəviz – oksalat daşları yaradır. Çox yedikdə sidik turşusu artır. Alkoqol və qazlı içkilərdə olan fosfor turşusu sidik yollarında dəyişiklik yaradır, xroniki böyrək daşı xəstəliyinə səbəb olur”.

19.08.2023 22:00
221

(MGID): :
OXŞAR XƏBƏRLƏR