Tərtərdə “Azərişıq”ın əməkdaşı bədbəxt hadisənin qurbanı olub.
Panarama.az lent.az-a istinadən xəbər verir ki, hadisə rayonun Bəyimsarov kəndində qeydə alınıb.
Famil Kamal oğlu Əliyev elektrik dirəyində iş görərkən dirək aşıb. Yıxılaraq müxtəlif xəsarətlər alan F. Əliyev xəstəxanada ölüb.
Faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.