Oynaqlarda olan ağrılardan və səslərdən xalq təbabəti ilə xilas olmağın yolu var.
Bu resept dözülməz ağrıları aradan qaldıracaq, özünüzü yüngül və azad hiss edəcəksiniz.
Panarama.az həmin resepti təqdim edir:
-Bal, xardal, duz və suyu hərəsindən 1 xörək qaşığı olmaqla qarışdırın.
- Qarışdırdıqdan sonra qarışmı bankaya tökün, məlhəm hazırdır.
- Güclü ağrılar zamanı yaranan məlhəmlə ağrılı yeri ovun.
- Salafan ilə örtün və üstünə isti, yun bir şal bağlayın.
- Kompresi 2 saat saxlayın.
- Yaxşı olar ki, kompresi yatmazdan əvvəl edəsiniz ki, onu çıxardıqdan sonra dincələ biləsiniz.
- Çıxarıldıqdan sonra məlhəm çəkilmiş hissəni dərhal yumağa ehtiyac yoxdur.
- Məlhəmi səhər yuyun.
- Proseduru 4-5 gün dalbadal təkrar edin.
Qeyd edək ki, məlhəmi soyuducuda 5-6 gündən çox olmayaraq saxlamaq olar./saglamolun