65781f2c9267e202312235156
Bu şadlıq sarayı bağlandı

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Ağsu şəhəri M.Ə.Rəsulzadə küçəsində fəaliyyət göstərən, fiziki şəxs Rəhimov Qalib Gilasxan oğluna məxsus "Səadət" şadlıq sarayında yoxlama keçirib.

Panarama.az bildirir ki, AQTA-dan Milli.Az-a verilən məlumata görə, baxış zamanı şadlıq sarayında qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib.

Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq aşkar olunmuş nöqsanlar aradan qaldırılanadək şadlıq sarayının fəaliyyəti məhdudlaşdırılıb və rəhbəri barəsində inzibati tədbir görülüb

12.12.2023 12:50
2944

(MGID): :
OXŞAR XƏBƏRLƏR