654973c614059202311231622
Bu şəxsin pensiyası DAYANDIRILIB - VİDEO

Əllərində anadangəlmə ciddi pozuntu olan Sabirabadın Bulduq kənd sakini 23 yaşlı Vüsal Seyidovun pensiyası kəsilib.

Panarama.az xezerxeber.az-a istinadən bildirir ki, o, təxminən 6 ay bundan əvvələ qədər pensiya alırmış.

Əl və barmaqlarındakı deformasiyaya görə əmək qabiliyyəti yoxdur.

Vüsal Seyidov təqaüdü kəsildikdən sonra aidiyyəti üzrə müraciət etsə də, ona rədd cavabı verilib.

Məsələ ilə bağlı Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyin şöbə müdiri Tural Qurbanov  bildirib ki, 2000-ci il təvəllüdlü Vüsal Seyidovun əlilliyi həm elektron-sistem vasitəsilə, həm də Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin həkim-ekspertləri tərəfindən əyani baxış zamanı qiymətləndirilib. Hər iki qiymətləndirmə zamanı müəyyən edilib ki, vətəndaşın əlinin bu cür funksional pozuntusu Nazirlər Kabinetinin 187 nömrəli Qərarına uyğun olaraq əlillik təyinatına əsas vermir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


07.11.2023 03:11
5060

(MGID): :
OXŞAR XƏBƏRLƏR