Bu şəxslər cərimlənəcək
Baş Dövlət Yol Polisi İdarəsi avtomobilinin nömrəsi oxunmaz halda olan sürücülərə müraciət edib.
Panarama.az xəbər verir ki, İdarədən Sfera.az-a bildirilib ki, nəqliyyat vasitələrinin dövlət nişanlarının oxunmaz hala düşməsi qayda pozuntusu hesab edilir.
Həmin sürücülər İnzibati Xətalar Məcəlləsinin 342-ci maddəsinə əsasən cərimə olunacaqlar.