66defbe2681ff202409244506
Bu şəxslərin maaşına 35 faiz ƏLAVƏ VERİLƏCƏK - RƏSMİ

Bu gündən etibarən dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin təkrar sertifikatlaşdırma prosesinin müsahibə mərhələsinə başlanılıb. 


 
Panarama.az bildirir ki, bu barədə Sfera.az-a Təhsil İnstitutundan məlumat verilib.
  


Bildirilib ki, sertifikatlaşdırma prosesinin müsahibə mərhələsinin keçiriləcəyi tarix və məkan barədə məlumatlar müəllimlərin şəxsi kabinetlərinə hissə-hissə göndərilir.

Xatırladılıb ki, sertifikatlaşdırmanın müsahibə mərhələsində azı 20 bal toplamış təhsilverənlər həmin mərhələdən keçmiş hesab edilirlər.

 

Test imtahanlarında keçid balı toplayan şəxslərin əməkhaqqına 10 %, 51 bal və daha yüksək nəticə əldə etmiş şəxslərin əməkhaqqına 35 % əlavə veriləcək. Əlavələr müsahibə mərhələsində uğur qazanan müəllimlərin əməkhaqqına tətbiq olunacaq.
 
Qeyd edilib ki, 2023-cü ildə təşkil olunan sertifikatlaşdırma prosesinin müsahibə mərhələsində 21883 nəfər təhsilverən iştirak edib. İştirak edən təhsilverənlərdən 21784 (99,5%) nəfəri uğur qazanıb.

 

09.09.2024 17:43
138

(MGID): :
OXŞAR XƏBƏRLƏR