65bdde444aa16202402243340
Bu şəxslərin qazı kəsiləcək – VİDEO

“Azəriqaz” İstehsalat Birliyi tərəfindən bu aydan etibarən fərdi yaşayış evlərində və mənzillərdə texniki müayinələrin aparılmasına başlanıb.

Panarama.az Xəzər TV-yə istinadən xəbər verir ki, ilkin mərhələdə düzgün qaydalara əməl edilməsi üçün vətəndaşlara xəbərdarlıq olunacaq. Əgər problem həll olunmasa, bu zaman həmin abonentlərin 30 gün ərzində qazları kəsiləcək.

“Azəriqaz” İB-nin şöbə rəisi İlkin Behbudov hamam otaqlarında qaz detektorlarından istifadə etməyin lazım olduğunu da bildirib.

“Azəriqaz” İstehsalat Birliyinin rəsmiləri həmçinin suqızdırıcıların yalnız mətbəxlərdə xüsusi tələblər olduğu halda quraşdırlmasına icazə veriləcəyini qeyd ediblər.

Qeyd edək ki, suqızdırıcıların bir mətbəxdə quraşdırılması üçün 21 kub metr həcm tələb olunur. Əgər həcm buna uyğun gəlməsə, vətəndaşların elektrikli su qızdırıcılarından istifadə etməsi məsləhət görülür./qlobal.net


03.02.2024 00:35
2730

(MGID): :
OXŞAR XƏBƏRLƏR