65a78f866388b202401242750
Bu sürücülər 150 manat CƏRİMƏLƏNƏCƏK - VİDEO

Bakıda sürücülərin yollarda tez-tez rastlaşdığı xoşagəlməz hallardan biri də əks istiqamətdə hərəkət edərək digərinin qarşısını kəsmə hallarıdır. Sürücülərin əks yola çıxmaq istəyi tıxacda qalmamaq və mənzilbaşına tez çatmaq məqsədi daşısa da, bunu etdikləri zaman ən yaxşı halda bir neçə sürücünün qarşısını kəsir, ən pis halda isə qəza, tıxac və oxşar hadisələrə səbəb olurlar. 

 

Sosial şəbəkədə yayılan görüntülərdə daha bir qrup sürücünün əks yola çıxma halları müşahidə olunub. Əks yola çıxan maşınlar faktiki olaraq digər istiqamətdə gedən sürücüyə hərəkət etməkdə çətinlik yaradıblar. 

 

Bəs, bu kimi halların qarşısını almaq üçün qanunvericilikdə cərimələr nəzərdə tutulubmu?

Panarama.az-ın məlumatına görə,  Baş DYP İdarəsinin inspektoru polis leytenantı Elvin Hacıyev BAKU.WS-ə bildirib ki, nəqliyyat vasitələri əks istiqamətli nəqliyyat axını hərəkət zolağına keçərək qaydanı kobud pozmuş olublar:

 

"İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsinə əsasən, bu kimi hallara görə 4 cərimə balı yazılır və 150 manat cərimə tətbiq edilir. Bu sürücülər anlamalıdır ki, bu kimi qayda pozuntularına yol verməklə həm özlərinin, həm digər sürücülərin, həm də piyadaların həyatlarını riskə atmış olurlar. Bu gün qəzaların baş verməsinin əsas səbəblərindən biri də sürücülərin əks istiqamətdə hərəkət zolağına çıxmasıdır ki, bəzən həmin yerlərdən piyadalar çıxır. Eləcə də digər sürücülərin haqlı narazılığına səbəb olur. Hətta bu kimi qayda pozuntuları tıxacların yaranmasına da səbəb olur. Həmin sürücülər DYP əməkdaşları, eləcə də xüsusi texniki vasitələr tərəfindən aşkarlandığı təqdirdə qanunla müvafiq tədbirlər həyata keçirilir".


17.01.2024 12:26
280

(MGID): :
OXŞAR XƏBƏRLƏR