66e2aa66d8928202409244630
Bu tarixdən bütün növ pensiyalar ARTACAQ - AÇIQLAMA

"2024-cü ilin ilk 7 ayında Azərbaycanda nominal orta aylıq əmək haqqı 8.3 faiz artıb. Orta aylıq əmək haqqındakı artım faizi pensiyalardakı artımı müəyyənləşdirmək baxımından əsas meyardır".

 

Panarama.az Sfera.az-a istinadən xəbər verir ki, bu barədə fikirləri Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.

 

“Belə ki, əmək pensiyaları hər il yanvar ayında indeksləşdirilir və bu, əvvəlki ildə orta aylıq əmək haqqındakı artım faizinə uyğunlaşdırılır. Bu ildəki orta aylıq əmək haqqındakı artım faizinə uyğun olaraq, 2025-ci ilin yanvarın birindən etibarən bütün növ əmək pensiyalarında artımlar olacaq. 2024-cü il üçün yekun illik göstərici gələn ilin əvvəlində elan ediləcək. Eyni zamanda, bu ilin sonuna doğru maaş məbləğlərindəki potensial dəyişikliklər də orta illik əmək haqqı faizinə təsir göstərə bilər. Daha konkret rəqəmlər ilin sonuna doğru bəlli olacaq”.

 

Deputat qeyd edib ki, əmək pensiyaları orta aylıq əmək haqqındakı artım faizinə, pensiya kapitalı isə inflyasiya səviyyəsinə uyğun olaraq artırılır.

 

“Bu baxımdan, gələn ildən etibarən pensiya kapitalı da indeksləşdirilərək artırılacaq”.

 

12.09.2024 12:43
340

(MGID): :
OXŞAR XƏBƏRLƏR