Telefonunuzun daha sürətli işləməsi üçün xidmət mərkəzinə getməyə və ya yaddaş kartını tamamilə dəyişməyə ehtiyac yoxdur.
Panarama.az xəbər verir ki, bəzən sadəcə bəzi proqramları silmək kifayətdir. Çünki onlar çoxlu aparat resursları istehlak edirlər.
Yavaşlamağa səbəb ola biləcək proqram kateqoriyalarına diqqət etməliyik.
Bəs, hansı proqramları silmək məsləhətdir?
Onların bir neçəsini təqdim edirik:
İstifadə edilməyən sosial medialar
Onlar nəinki çoxlu resurs sərf edirlər, həm də daima bildirişlər göndərirlər ki, bu da batareyanın gücünü azaldır.
Hava proqramı
Çox vaxt tərtibatçılar belə bir proqramın interfeysini çox yükləyirlər. Havaya baxmaq istəyirsinizsə, bunu “google”da axtarışa verməklə də edə bilərsiniz.
Antiviruslar
Bəzi antiviruslar skan etmədən belə telefonun yavaşlamasına səbəb ola bilər.
Optimizatorlar
Hər cür “təmizləyicilər” və “gücləndiricilər”in telefonunuzun daha sürətli işləməsini təmin etdiyinə inanmayın.
Defolt brauzer
Digər, daha optimallaşdırılmış variantlar var./referans.az