6707df173859c202410240511
Bu universitet qızılcaya yoluxma ilə bağlı distant təhsilə KEÇDİ

Moskva Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Asiya və Afrika Araşdırmaları İnstitutu qızılca xəstəliyinin yayılması ilə əlaqədar karantinə alınıb.

 

Panarama.az Sfera.az-a istinadən xəbər verir ki, bu barədə təhsil müəssisəsi məlumat yayıb.

 

Qeyd olunub ki, tələbələr oktyabrın 4-dən distant təhsilə keçirilib.

Məlumata görə, universitetdə bütün tədris prosesi oktyabrın 18-dək onlayn rejimdə aparılacaq. Şərqşünaslıq İnstitutunun rəhbərliyi peyvənd olunmayan tələbələrə vaksin vurdurmağı tövsiyə edib.

10.10.2024 18:04
506

(MGID): :
OXŞAR XƏBƏRLƏR