65eb5ec1e2642202403245353
Bu uşaqlara atalarına görə hər ay 120 AZN pul veriləcək - VİDEO

Hərbi xidmətdə olan ataların uşaqlarına aylıq 120 manat müavinət verilir.

Panarama.az Xəzər TV-yə istinadən xəbər verir ki, "Sosial müavinətlər haqqında" Qanuna son dövrlər edilən dəyişikliklərdən biri də müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçuların uşaqlarına müavinətin verilməsidir.

Mövzu barədə danışan millət vəkili Vüqar Bayramov qeyd edib ki, müavinət hərbi qulluqçuların həqiqi hərbi xidmətdə olduğu müddətdə ödənilir.

Müavinətin təyin olunması barədə müraciətə qeydə alındığı gündən ən geci 10 gün müddətində baxılır və müvafiq qərar qəbul edilir. Müavinətin təyin olunmasından imtina edilməsi barədə qərar qəbul edildikdə, 5 gün müddətində imtinanın səbəbləri göstərilməklə, müraciət edən şəxsə rəsmi məlumat verilir. Müraciət edənin bu qərardan məhkəməyə şikayət etmək hüququ var.

Millət vəkilinin sözlərinə görə, bu müavinət hərbi qulluqçuların ailə üzvlərinin sosial dəstəklənməsi baxımından vacib olsa da, aparilan monitorinqlər göstərir ki, həmin ödənişlər barədə ictimai məlumatlandırma yüksək deyil.

Bir mühim məqam da ondan ibarətdir ki, əgər hərbçimiz bu müavinət barədə gec məlumat əldə edibsə, o zaman ona müraciət edildiyi tarixdən əvvəlki üç il üçün də vəsait ödənilir. Yəni, bu müvinətin verilməsindən gec xəbər tutan və vəsaiti almaq hüququ olan vətəndaşlarımız əvvəlki 3 il üçün hesablanmış pulu da almaq hüququna malikdirlər./baku.ws

08.03.2024 22:52
286

(MGID): :
OXŞAR XƏBƏRLƏR