667f1a653adae202406241741
Bu verilişlərin yayımı dayandırılır

ATV ötən gündən başlayaraq proqramları ilə bu mövsümlük vidalaşır.

Panarama.az xəbər verir ki, olay-ın məlumatına görə, dünən "El canlı" verilişi sezon finalı edib.

Həftəiçi 5 gün yayımlanan "Rəngarəng səhər" də artıq ekrana gəlməyəcək. Aparıcı Zaur Nəbioğlu bildirib ki, onlar final edib. Yeni sezonda başqa veriliş yayımlanacaq.

Bu gün "Günaylı gün" proqramı da efirə bir müddətlik ara verəcək.

Hər axşam yayımlanan "7 tamam" proqramı da sezon finalı edəcək. Yeni mövsümdə Nanə Ağamalıyevanın başqa proqramla, yoxsa bu layihə ilə ekrana çıxıb-çıxmamağı sual altındadır.

29.06.2024 00:17
1415

(MGID): :
OXŞAR XƏBƏRLƏR