661df3577bd70202404244111
Bulvarda gəmidə gəzintiyə niyə icazə verilmir? - Açıqlama
“Hazırda Xəzər dənizinin səviyyəsinin enməsi və suyun sahildən geriyə çəkilməsi ilə əlaqədar Bakı şəhərinin Dənizkənarı Milli Parkında gəzinti gəmiləri müvəqqəti olaraq işləmir”.

Panarama.az Bakupost.az-a istinadən xəbər verir ki, bu barədə AZƏRTAC-a Dənizkənarı Bulvar İdarəsinin Mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, gəzinti gəmiləri dənizdə suyun səviyyəsinin enməsi ilə əlaqədar 2022-ci ilin oktyabrından fəaliyyətini dayandırıb:
“Gəmilər texniki baxışdan keçirilib, heç bir texniki nasazlıq yoxdur. Sadəcə olaraq sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə hazırda gəzinti gəmilərinin işləməsi qeyri-mümkündür”.
16.04.2024 07:39
664

(MGID): :
OXŞAR XƏBƏRLƏR