66921de3397cd202407242539
Bulvarda skuterlərin istifadəsi qadağan edildi

Bakıda Dənizkənarı Bulvar ərazisində skuterlərin istifadəsi qadağan edilib.

Panarama.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə nəqliyyat sahəsində ekspert Aslan Əsədov məlumat verib. 

Onun sözlərinə görə bulvar ərazisində fəaliyyət göstərən skuterlərlə bağlı qeyri-rəsmi qadağa bu gündən etibarən tətbiq olunur: “Bu məsələ ilə bağlı Dənizkənarı Bulvar İdarəsi tərəfindən rəsmi açıqlama verilmir. Amma bildiyimizə görə, bulvarda fəaliyyət göstərən sahibkarların arendaları ləğv olunub. Yalnız bulvara aid olmayan kənar ərazilərdə skuter sürmək olar”.

Ekspert həmçinin əlavə edib ki, oxşar hal əvvəllər də yaşanıb. Bundan əvvəlki illərdə də bir neçə dəfə bulvar ərazisində skuterlərin hərəkətinə mədudiyyət qoyulub.

Əldə edilən digər məlumata görə, bulvarda skuterlərin qadağan olunması qərarı həmin ərazidə fəaliyyət göstərən operatorlar tərəfindən verilib.

13.07.2024 10:05
188

(MGID): :
OXŞAR XƏBƏRLƏR