65a16574dcfc8202401241444
Bundan hər gün bir ovuc yeyin...
Maqnezium enerjini artırmaq və əzələ funksiyalarını dəstəkləmək üçün vacib bir mineraldır. Lakin maqnezium çatışmazlığı nəticəsində kramp və yorğunluq kimi əlamətlər yarana bilər. İstehlak edilən qidalar vasitəsilə maqnezium çatışmazlığının qarşısını almaq mümkündür.

Panarama.az xəbər verir ki, qida sayəsində maqnezium əksikliyinizi doldura bilərsiniz. Maqnezium qlükozanın əzələlərə daşınmasında rol oynayan bir mineraldır. Enerji artırır və əzələ funksiyalarını dəstəkləyir.

Maqnezium çatışmazlığı nəticəsində əllərdə və ayaqlarda uyuşma, zəiflik, iştahsızlıq, ürəkbulanma və saç tökülməsi baş verə bilər.

28 qram ağırlığında olan balqabaq toxumu gün ərzində lazım olan maqnezium ehtiyacının təxminən 40%-ni təmin edir. Ondan çox yox, cəmi bir ovuc yeməlisiniz. Balqabaq toxumlarında dəmir, mis, fosfor, manqan və sink var.

Balqabaq toxumlarında olan maqnezium, sink və selenium; infeksiyanın yaranmasının qarşısını alır. Oynaq xəstəliklərinin qarşısının alınmasında da təsirlidir./axsam.az

12.01.2024 20:13
2534

(MGID): :
OXŞAR XƏBƏRLƏR